IQNA

Namaz haqqında maraqlı məqamlar / 5

Məscidin memarı namaz qılan olmalıdır

15:26 - June 21, 2023
Xəbər sayı: 3494362
TEHRAN (IQNA) - Namaz o qədər əhəmiyyətlidir ki, memarlıq və məscid təmiri kimi bəzi vəzifələrin şərti həmin şəxsin namaz qılan şəxs olmasıdır.

“Tövbə” surəsinin 18-ci ayəsində oxuyuruq: "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!".

  Ləyaqəti olmayanların məscidi təmir etməyə ixtiyarı yoxdur, çünki məscidi təmir etmək müqəddəs bir işdir.

  Hədisdə oxuyuruq: "Zalım məscid tiksə, ona kömək etməyin".

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha