IQNA

Quranda əxlaqi mövzular / 7

Uğura gedən yolda insanın kəsə yolu

10:49 - June 22, 2023
Xəbər sayı: 3494365
TEHRAN (IQNA) – Adəmin yarandığı vaxtdan insanların tərəqqi etməsinə və uğur qazanmasına səbəb olan əxlaqi xüsusiyyət, insanı uğur yoluna döndərməkdə davam edir. İnsanın əxlaqi xüsusiyyətlərindən biri olan səbir həyatın çətinliklərinə dözümlülük və qürur hissi doğurur.

Dini tövsiyələrdə ifadə olunan çoxlu əxlaqi məziyyətlər vardır. Lakin bəzi əxlaqi məziyyətləri digərlərindən fərqləndirən onların təsir və nəticələridir. Səbir insana xas olan ən gözəl əxlaqi keyfiyyətlərdəndir ki, onun cəmiyyətdəki təsiri heç kimdən gizli deyil.

Qurani-Kərim səbrin əhəmiyyətinə diqqət çəkib və burada buyurur: (Mələklər onlara deyirlər:) Səbr və əzmkarlığınıza görə sizə salam olsun! O (əbədi) evin sonu necə də gözəldir! (Rəd, 24). Təbiidir ki, cənnətə düşən insanın çoxlu yaxşı əməllər etməsi lazımdır. Lakin bu ayədə səbr o qədər yüksəldilir ki, cənnətə girən kimi mələklər səbr və dözümlülüklərinə görə onları təbrik edirlər.

Əmirəl-möminin Əli (ə) səbri başqa əxlaqi fəzilətlərlə müqayisə edərkən onu bütün insan bədəninin yanında baş hesab edir.

İnsan istəsə də, istəməsə də, xoşuna gəlsə də, gəlməsə də bu dünyaya qədəm qoyan kimi bir çox (maddi və mənəvi) problem və bəlalara məruz qalır. Maddi cəhətdən imkansız olanların da öz problemləri var. İnsan təslim olmalı, yoxsa bu problemlərlə mübarizə aparmalıdır?

Təslim olmaq nəinki ağrıları dindirmir, həm də insan dərdinə başqa bir ağrı qatır. Təslim olmaq və səbir arasındakı fərqi başa düşmək çox vacibdir. Problemlərlə mübarizə aparmağın ən vacib yolu səbirdir. Böyük səbir insan uğuruna aparan yoldur. Elə buna görə də İmam Əli (ə) buyurur: "Səbirli insan uzun müddət keçsə belə, qələbəni əldən verməz".

Səbrin bölümləri var:

1_ İtaət qarşısında səbir: Aydındır ki, Allahın bizə vacib buyurduğu vəzifələri yerinə yetirmək bəzən yorucu və çətin olur. Allaha itaətdə səbir, Allaha itaət yolunda çətinliklərə, məsələn, oruc, cihad, xüms və s. kimi əməllərin qarşısında səbir etmək deməkdir.

2_ Məsiyət qarşısında səbir: Burada məsiyətdən məqsəd itaətsizlik və günahdır. Məsiyət qarşısında səbir etmək isə insanın günahın həyəcanı və cazibəsinə qarşı durması deməkdir. Bu səbir növü səbir növləri arasında ən üstünüdür.

Ayətullah Nasir Məkarim Şirazi yazır: "İnsanların çoxu yoxsulluq və bəlalara qarşı üsyan etmir. Lakin Allah onlara mövqe, pul və sağlamlıq verdikdə, onların özlərini sağlam saxlamaları və səbirli olmaları çox çətin olur. Həmçinin çox çətin olur ki, bu nemət onların qəflətə düşməməsinə və günah etməməsinə səbəb olmasın. Buna nemət qarşısında səbir etmək də deyilir.

3_ Müsibət qarşısında səbir: Əvvəllər deyildiyi kimi, dünyanın xüsusiyyətlərindən biri də budur ki, hər bir insan ona daxil olur, ona problem və bəla gəlir. Əmlak itkisi və yaxınlarını itirmək kimi maddi itkilər qarşısında səbir müsibət qarşısında səbir adlanır.

Bu 3 səbr növünə diqqətlə baxsaq, bütün bunların nəticəsinin həyatda uğur olduğunu anlayarıq. Əgər insan Allaha itaətdə səbir edərsə, elmi əvvəlki günə nisbətən hər gün artar və bu onun maddi həyatına da təsir edər. Əgər günah qarşısında səbir etsə, heç vaxt tərəqqi yolundan dönməz və şeytan onu ikinci dərəcəli məşğuliyyətlərə cəlb edə bilməz. Müsibət qarşısında səbir etsə, onun daxili tutumu artar və başqa heç nə onu dayandıra bilməz.

captcha