IQNA

İraq və Bəhreyndə Seyid Həsən Nasrullahın şəhadətinin birinci ildönümü mərasimləri keçirildi

1:42 - September 27, 2025
Xəbər sayı: 3498934
İQNA - Seyid Həsən Nasrullah və Seyid Haşim Səfiyyəddinin şəhadətinin birinci ildönümü münasibətilə İraq və Bəhreyn ölkələrində müxtəlif xalq təbəqələrinin iştirakı ilə mərasimlər təşkil olundu.

 

“İQNA”-nın “əl-Əhd” xəbər saytına istinadla verdiyi xəbərə görə, Hizbullahın baş katibi mərhum Seyid Həsən Nasrullahın oğlu Seyid Cavad Nəsrullah atasının və Seyid Haşim Səfiyyəddinin şəhadətinin birinci ildönümü mərasimində iştirak etmək üçün Bağdada gedib və Livandakı müqavimətə dəstəyə görə İraq xalqına təşəkkür edib.

O, ABŞ-ın İslam ölkələrinə qarşı şeytani planlardan istifadə etdiyini qeyd edərək dedi: “Uca mərcəiyyəyə salam olsun, şəhid Əbu Mehdi əl-Mühəndisin ruhuna salam olsun və bütün iraqlılara salam olsun. Biz şəhidlərlə və ümmətin şəhidiylə əhd-peyman bağlayırıq ki, haqq bayrağını uca tutaq və bu yolu davam etdirək.”

Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin şəhadətinin ildönümü ərəfəsində Bəhreynin şəhərlərində təhlükəsizlik vəziyyətinə və xüsusi xidmət orqanlarının hazır vəziyyətdə olmasına baxmayaraq müxtəlif mərasim və fəaliyyətlər keçirildi.

Bəhreyn 14 Fevral İnqilabı Gəncləri Koalisiyasının məlumatına görə, “Bəhreyn inqilabının paytaxtı” adlandırılan Səməhic bölgəsi ilə yanaşı Sitra, Sar, əl-Mərx, əl-Bilad əl-Qədim, əl-Əkər, əd-Deyr, əl-Musəlla və ən-Nəbi Salih bölgələrinin sakinləri “Biz əhdimizə və peymanımıza sadiqik” şüarı altında küçələrə çıxaraq nümayiş keçirdilər.

Onlar nümayişlər zamanı şəhidlər Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin, eləcə də Bəhreyn inqilabının mənəvi lideri Ayətullah Şeyx İsa Qasimin şəkillərini, həmçinin Hizbullah və Bəhreyn bayraqlarını daşıyırdılar.

Nümayişçilər şəhidlərin qanının intiqamının alınmasını, Qəzza və Livanla həmrəylik göstərilməsini və ölkələrinin sionist rejimlə münasibətlərin normallaşdırılmasını rədd etdiklərini tələb etdilər.

Bundan əlavə, Sitra, Səlamabad və Ras Rumman bölgələrinin divarları da şəhidlər Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin şəkilləri və onların şəhadətinin ildönümünə həsr olunmuş şüarlarla bəzədildi.

Eyni zamanda, Bəhreyn 14 Fevral Koalisiyası “Şəhid Seyid Həsən Nəsrullah” adını Bilad əl-Qədim, Cidhəfs və Sitra bölgələrində bir neçə küçəyə verdi.

4307188

captcha