IQNA

İsveçin baş naziri: "Quranın yandırılması qanunidir, lakin yersizdir"

14:26 - June 30, 2023
Xəbər sayı: 3494399
İsveçin baş naziri Qurani-Kərimin təhqir olunmasına cavab verib və bu hərəkətin qanuni olduğunu bəyan edib, eyni zamanda belə bir hərəkətin yersiz olduğunu bildirib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İsveç polisi Quranın yandırılmasına yönəlmiş nümayişlərin təşkili ilə bağlı əvvəlki bir neçə tələbi qəbul etməsə də, məhkəmə bu qərarların ölkənin təmin etdiyi ifadə azadlığını pozduğunu bildirərək ləğv edib.

İsveçin baş naziri Ulf Kristerson da mətbuat konfransında bildirib ki, polisin icazəsi ilə keçirilən nümayişin ölkəsinin NATO-ya üzvlük prosesinə nə dərəcədə təsir edə biləcəyini bilmir.

Bunun qanuni olduğunu, lakin uyğun olmadığını bildirərək deyib: "Quran yandıran nümayişlə bağlı qərar polisə həvalə olunub".

İsveçin baş naziri əlavə edib: "Düşünürəm ki, biz elə bir dövrdə yaşayırıq ki, biz sakit olmalı və uzunmüddətli perspektivdə İsveç üçün nəyin daha yaxşı olduğunu düşünməliyik".

Bu gün keçirilən nümayişlə bağlı bəyanatda polis bildirib ki, bu hərəkətin xarici siyasətə təsiri ola bilsə də, Quranın yandırılmasının təhlükəsizlik riskləri və nəticələri tələbin qəbul edilməməsinə əsas vermir.

4151182

captcha