IQNA

Quranda əxlaqi mövzular / 12

Gözəl əxlaq, münasibətlərin yaratdığı gərginliklərə mane olur

22:10 - July 05, 2023
Xəbər sayı: 3494422
TEHRAN (IQNA) – İnsanın yer üzünə gəldiyi gündən qiyamətin qopacağı günə qədər insan problemlərinin çoxunun düyünü kiçik bir vərdişin vasitəsi ilə açılır. Böyük qıfılları açan bu kiçik açar nədir?

Gözəl əxlaq elə xüsusiyyətlərə deyilir ki, insan onlardan münasibətlərində istifadə edərsə, nəinki onun ləyaqəti, məqamı aşağı düşməyəcək və ya azalmayacaq, əksinə o, insanlar arasında seviləcək və insanların diqqətini cəlb edəcək.

Əxlaqın insan münasibətlərində və sosial sahədə çoxlu təsiri var ki, onları saymaq mümkün deyil. Məsələn, gözəl ədəb insanların sevgisini və diqqətini cəlb edir. İnsanların məhəbbətini cəlb etmək etibarını qazanmağa səbəb olur. Həm də əxlaqlı insan üçün bərəkət və faydalar yaranır. Məhz buna görə də Allah Quranda Peyğəmbərə (s) belə buyurur: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali-İmran, 159).

Gözəl əxlaqın fərdi baxımdan bir çox təsiri var. Məsələn, gözəl əxlaqdan qaynaqlanan ruhi rahatlıq insan ömrünü artırır. Bu gün stress və buna bənzər faktorların səbəb olduğu çoxlu ölüm hallarının şahidi oluruq. Elə buna görədir ki, İmam Cəfər Sadiq (ə) elminin dərinliyini göstərən bir kəlamında buyurur: "Yaxşı iş görmək və gözəl əxlaq evləri abadlaşdırır və ömürü uzadır".

Gözəl əxlaqa sahib olmaq üçün əxlaq alimlərinin tövsiyə etdiyi yollar aşağıdakılardır:

1_ Öz nəfsinin istəyinə zidd hərəkət etmək

Bu üsul belədir ki, insan xəsislik adlı əxlaqi xəstəliyə meyilli olduğunu bildikdə onun əleyhinə hərəkət edir və bir neçə dəfə malını əta edir. Paxıllıq kimi əxlaqi xəstəliyə meyllidirsə, ona paxıllıq edən insanı tərif edir.

Bu üsul ilk mərhələlərdə çətin görünsə də, insanlar əzmkarlıqla bu mənəvi problemləri aradan qaldıracaqlar.

2_ Örnək almaq

Allah İslamın əzəmətli Peyğəmbərini (s) gözəl əxlaqa malik olduğu üçün tərifləmişdir. Bu səbəbdən, İmamlar (ə) ən mühüm nümunədirlər ki, insan onların həyat tərzini oxumaqla və onlara əməl etməklə gözəl əxlaqın təməlini təsis edə bilərlər.

captcha