IQNA

Kərbəla Mükafatı Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi keçirilib

12:10 - July 10, 2023
Xəbər sayı: 3494438
KƏRBƏLA (IQNA) - Kərbəla Mükafatı Beynəlxalq Quran Hifzi və qiraəti müsabiqəsinin ikinci turunun açılış mərasimi bu gün axşam saatlarında, iyulun 9-da Kərbəlada İmam Hüseynin (ə) hərəminin həyətində keçirilib.

"İQNA" xəbər agentliyinin Kərbəlaya göndərdiyi müxbirin verdiyi məlumata görə, bu yarışmanın açılış mərasimində bir sıra alim və şəxsiyyətlər və rəsmilər iştirak ediblər.

Şeyx Əbdülmehdi Əl-Kərbəlayi bu yarışların açılış mərasimində çıxış edərkən deyib: "Bu yarışların təşkilində məqsəd Quranın nurundan istifadə edərək zülmət və cəhalətdən qurtulmaqdır".

O əlavə edib: "Həmçinin bu yarışmalar Quran sahəsində istedadlı şəxslərin, xüsusən də gözəl səsi və gözəl qiraəti ilə məşhurlaşan və başqalarını cəlb edən qarilərin kəşfi üçün bir addımdır".

İmam Hüseynin (ə) hərəminin Darul-Quranının media mərkəzinin rəhbəri Kərrar Əl-Şəmri də deyib: "Bu yarışlarda 30-dan çox müqəddəs ziyarətgah və məscidlərdən 54 qari və hafiz iştirak edir".

O əlavə edib: "Kərbəla Beynəlxalq Quran Hifzi və Qiraəti Mükafatının ikinci mərhələsində iştirak edənlər İraq, İran, Səudiyyə Ərəbistanı, Küveyt, Suriya, Livan, Əlcəzair, Əfqanıstan, Türkiyə və Misir kimi ölkələrdəndir".

4153899

captcha