IQNA

Kərbəla yarışlarında Quran üzrə istedadlı şəxslər yüksək səviyyədə yarışır

10:33 - July 13, 2023
Xəbər sayı: 3494454
KERBELA (IQNA) - Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin səs bölməsinin əfqanistanlı hakimi Əbdül-Kəbir Heydəri bu yarışmanın fərqli xüsusiyyətlərinə diqqət çəkərək, onun yüksək səviyyədə keçirildiyini və dünyanın müxtəlif ölkələrindən Quran şəxsiyyətlərinin bu müsabiqədə iştirak etdiyini bildirib.

Kərbəla Quran müsabiqəsinin ikinci turunda Əfqanıstandan olan səs bölməsinin hakimi Əbdül-Kəbir Heydəri "İQNA"-nın İraqa göndərdiyi müxbiri ilə müsahibədə, bu yarışın iştirakçılarının səs baxımından güclü və zəif tərəflərinin qiymətləndirilməsi haqqında bildirib: "Hər bir iştirakçının öz istedadı var və iştirak etdiyi hər yarışda fərqli çıxış edəcək. Bundan əlavə, hər bir münsif ona öz anlayışına və fikrinə görə qiymət verəcək. Lakin bu yarışın səviyyəsi haqqında deməliyəm ki, bu yarışlarda Quran şəxsiyyətlərinin iştirak etməsi onunu xüsusiyyətlərindəndir. Sözügedən müsabiqənin yarışmaçıları peşəkardır. Bu qarilərin hər biri öz ölkələrinin tanınmış simalarıdır. Məsələn, Əfqanıstandan olan iştirakçı iki il əvvəl İran İslam Cümhuriyyətinin müsabiqəsində iştirak edərək üçüncü yeri qazanıb və bu gün iştirakçılar sırasındadır".

O, əlavə edib: "Ümumilikdə demək olar ki, iştirakçılar indiyə qədər səs baxımından, xüsusən də qiraət və təcvid bölməsində çox yaxşı səviyyədə idilər. Əzbərləmə bölməsində səs sahəsində qüsurların olması təbii olsa da, qiraət və təcvid bölməsində iştirakçıların səviyyəsi çox yüksəkdir".

4154454

 

captcha