IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 24

Bir insanı haqsız yerə öldürmək bütün insanları öldürməkdir

11:16 - August 07, 2023
Xəbər sayı: 3494565
TEHRAN (IQNA) - Qabil insanın dünyadakı məqamını, böyüklüyünü dərk etmədi və canını aldı. İnsan kimliyini öldürdü. Üstəlik, Habil sağ qalsaydı, dünyanı insanlarla doldura bilərdi.

"Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar" (Maidə, 32(.

Allah heyrətamiz bir hikmət öyrədir və o da budur ki, kimsə cəzaya layiq olmayan bir şəxsi öldürürsə, bütün insanları öldürmüş kimi olur. Bir insanı ölümdən xilas edirsə, sanki bütün insanlara həyat vermiş kimidir. Çünki yaxşı kitabı öldürmək mədəniyyəti öldürdüyü kimi insanı öldürmək də insanlığı öldürür. Burada mühüm olan miqdar deyil, işin özüdür.

Ailəsindən uşaq oğurlayan cinayətkar bütün dünya analarını narahat edir və sanki bütün dünya uşaqlarını analarından oğurlayır. Həmçinin insanın həyatını xilas etmək insan həyatına hörmət etmək deməkdir. Bu, digər məsələlərdə də belədir. Məzlumun haqqını müdafiə edən şəxs doğrudan da həqiqətən haqqı müdafiə etmiş olur.

Bu ayə Adəm övladları Habil və Qabilin hekayətindən sonra gəlir. Qurana görə, Habil də, Qabil də Allaha qurban kəsiblər. Allah Habilin qurbanını qəbul etdi və Qabilin qurbanını qəbul etmədi. Qabil qardaşına dedi: “Səni öldürəcəyəm”. Habil dedi: “Əgər sən məni öldürmək üçün əlini uzatsan, mən səni öldürməyə əl uzatmayacağam”. Mən Rəbbimdən qorxuram” dedi və nəhayət Qabil Habili öldürdü.

Bu, ilk qətl və bəşəriyyəti öldürməyə ilk cəhd idi. Çünki o qardaş insanın dünyadakı məqamını, böyüklüyünü dərk etmədi və canını aldı. İnsan kimliyini öldürdü.Bundan əlavə olaraq, əgər Habil sağ qalsaydı, dünyanı insanlarla doldura bilərdi. Deməli, bu mənada da Qabil bir dünyanın canını aldı. Bu hekayə tarixin davamlı faktıdır və hər qatil Habilin canını alan Qabil kimidir.

Sonda Allah xatırladır ki, günahsız insanı öldürməklə bu böyük günahı edənlər bu cinayətin haramlığını çox gözəl bilirdilər. Həm öz ilahi fitrətindən, həm də Allahın belə zülmü qadağan etmək üçün göndərdiyi elçilərdən bunu öyrənmişdi. Həqiqət budur ki, zalımlara qarşı dəlil tamdır.

Bütün bunlara baxmayaraq, bir çox insanlar nəfsani istəklər (cahillik üzündə deyil) ucbatından yer üzündə israfçılıq edən və bir-birinin haqqını tapdalayanlar şəxsi və qrup maraqları üçün təkcə bir nəfərin deyil, minlərlə insanın həyatına qəsd edirlər. Onlar həqiqətdə, insanın yer üzündə fitnə-fəsad törədəcəyini, qan tökəcəyini söyləyən mələklərin öngörülərini və bütün insanları azdıracağını söyləyən şeytanın arzusunu yerinə yetirirlər.

* Ustad Hüseyn Mühyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4115979

captcha