IQNA

23:19 - August 11, 2023
Xəbər sayı: 3494585

Məkkədə Quran möcüzələri müzeyi açılacaq

Ümumdünya İslam Liqası (ÜİL) yeni layihəyə start verib. Bu barədə Liqanın Baş katibi Məhəmməd bin Əbdülkərim Ali-İssa məlumat verib.

Məkkədə Quran möcüzələri müzeyi açılacaq

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadla xəbər verir ki, Layihə çərçivəsində Məkkə şəhərində Beynəlxalq Quran Möcüzələri Müzeyi istifadəyə veriləcək. Müzeyin məqsədi İslam dininin müqəddəs kitabında yazılan və oxucuları heyrətləndirən təəccüblü elmi faktlar barədə maariləndirmə olacaq.

Müzeydə müsəlmanların səmavi kitabının – Qurani-Kərim və onun ilahi dəyərləri haqda müxtəlif tədbirlər, konfranslar, forumlar, mühazirələr keçiriləcək.

Belə bir layihənin başladılmasına səbəb isə son zamanlar Avropa ölkələrində, məxsusən də İsveç və Danimarkada törədilən çirkin islamofob cinayətlərdir.

captcha