IQNA

Məsum rəhbər qarşısında həya etmək

12:21 - August 20, 2023
Xəbər sayı: 3494631
TEHRAN (IQNA) - Fərdi həyanın başqa bir növü də məsum rəhbər qarşısında həya etməkdir. Yəni Həzrət Peyğəmbər (s) və İmamların (ə) qarşısında həyalı olmaqdır. Çalışıb əməllərimizlə onları sevindirməliyik. Çünki əməllərimiz onlara təqdim olunur.

Həyanın müxtəlif növləri vardır. Bu fəzilət üç qismə bölünür: Fərdi, ailə və ictimai.

Keçən bəhsimizdə fərdi həyanın ən mühüm növü olan Allah-Təala qarşısında həya etməkdən danışdıq. Həmçinin qeyd etdik ki, insan Allah qarşısında həyalı olmalıdır. Çünki bu, bir bəndəlik vəzifəsidir.

Fərdi həyanın başqa bir növü də məsum rəhbər qarşısında həya etməkdir. Yəni Həzrət Peyğəmbər (s) və İmamların (ə) qarşısında həyalı olmaqdır. Qurani-Kərim bu məsələdə israr edir və buyurur:

«وَ قُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ وَ سَتُرَدُّونَ إِلى‏ عالِمِ الْغَيْبِ وَ الشَّهادَةِ فَيُنَبِّئُكُمْ بِما کُنتُم تَعمَلون»

"De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə etdiklərinizi xəbər verəcəkdir!" (Tövbə, 105).

Yəni, nə istəsəniz edin, amma bilin ki, Allah görür, Peyğəmbəri Əkrəm (s), pak imamlar (ə) və zamanın İmamı (ə.f) görürlər. Qiyamət günü də bu şahidlərin qarşısında öz əməllərinizə görə cavab verməlisiniz.

O, bütün insanlara, o cümlədən möminlərə, kafirlərə və münafiqlərə xitab edərək deyir: İstədiyinizi edin, amma bilməlisiniz ki, Allah, Rəsul və möminlər sizin əməllərinizi görürlər. Çünki əməllərinizin həqiqətləri və onların yaxşı və pis təsirləri və zərərləri və ya faydaları bir zamana və ya onların xalqına xas deyil. Həqiqətdə, zaman keçdikcə qalır və bir xalqdan digərinə təsir edir. Buna görə də möminlərin əməllərinin həqiqətləri və onlardan əmələ gələn fayda və təsirlərin (təqvanın yayılması, İslam cəmiyyətinin işlərini islah etmək və yoxsullara kömək etmək) hamısı Allaha və Onun Elçisinə məlumdur. Həmçinin möminlər bunu öz aralarında açıq-aydın görürlər. İnsanlar da Qiyamət günü öz əməllərinin həqiqətini görəcəklər. Lakin ondan əvvəl yalnız əməllərinin ni görürlər. Ona görə də buyurur: "Sizin etdiyiniz yaxşı və ya pis əməli Allah və şahidlərdən olan Peyğəmbər (s) və möminlər tezliklə görəcəklər". Siz də gizlin və aşkarı bilən Allahın hüzuruna qayıtdığınız zaman əməllərinizin həqiqətini biləcəksiniz və Allah da bunu sizə göstərəcəkdir. Odur ki, bu ayə insanları öz əməllərindən ehtiyatlı olmağa, Allahın, Rəsulunun və möminlərin onların əməllərinə şahid olduqlarını unutmamaq və onlardan həya etmək barədə xəbərdarlıq edir.

Təfsirçilərin çoxu görmənin mənasının bu dünyada olduğunu deyiblər. Ayənin kontekstindən də istifadə olunur ki, Allah-Təala müşrikləri və münafiqləri qorxutmaq üçün onlara xəbərdarlıq edir ki, siz öz əməllərinizin gizli olduğunu və heç kəsin onlardan xəbərdar olmadığını düşünməyin. Allahın rəsulu və möminlər sizin əməllərinizi görürlər. Allahın elminin hər şeyə əhatəsi var. Onun Elçisi də vəhy vasitəsilə xəbərdaq olur. Möminlərdən məqsəd də qeyri-məsum ola bilməz. Çünki möminləri Peyğəmbərə birləşdirib. Uca Allahın kəlamında olduğu kimi: (إِنَّمٰا وَلِیُّکُمُ اَللّٰهُ وَ رَسُولُهُ وَ اَلَّذِینَ آمَنُوا) "Sizin rəhbəriniz yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir". Həmçinin Uca Allahın digər kəlamındakı kimi: (أَطِیعُوا اَللّٰهَ وَ أَطِیعُوا اَلرَّسُولَ وَ أُولِی اَلْأَمْرِ مِنْکُمْ) "Allaha, Onun rəsuluna və əmr sahiblərinə itaət edin". İmamiyyənin icmasına əsasən, (iman gətirənlərdən) məqsəd həzrət  Əlidir (ə. (Ulil-Əmr)dən məqsəd hər hansı bir zamanda olan məsum imamdır. Hədislərdə deyilir ki, hər bazar ertəsi və cümə axşamı gecələri ümmətin əməlləri Peyğəmbərə (s) təqdim edirlər.

Usuli-Kafidə, Əyyaşi və Əli ibn İbrahimin təfsirlərində bu ayədən sonra İmam Baqirdən (ə) nəql olunub ki, buyurur: (المؤمنون هم الائمة علیهم السّلام) möminlərdən məqsəd İmamlardır.

Ravi deyir: "İmam Sadiqdən (ə) eşitdim ki, buyurdu: Nə olub ki, Peyğəmbəri (s) kədərləndirirsinz? Bir kişi dedi: Biz o həzrəti necə narahat edirik?!! Buyurdu: Məgər bilmirsiniz ki, sizin əməlləriniz Peyğəmbərə təqdim olunar. Əgər onda bir günah varsa, qəmgin olar? Elə isə Peyğəmbərə pislik etməyin və onu saleh əməllərinizlə sevindirin".

captcha