"İQNA", "Gulf News"-a istinadən xəbər verir ki, Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə 43-cü Kral Əbdüləziz Beynəlxalq Müsabiqəsi 117 ölkədən təmsilçilərin iştirakı ilə 11 gün ərzində Məscidül-həramda keçiriləcək.
Bu yarışlar Səudiyyə Ərəbistanı kralının dəstəyi və Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyinə bağlı Quran Yarışları Katibliyinin səyləri ilə Məscidül-Həramda keçiriləcək.
Səudiyyə Ərəbistanının İslam Məsələləri, Təbliğat və İrşad naziri Şeyx Əbdüllətif ibn Əbdüləziz Əl-Şeyxin sözlərinə görə, builki mükafatların ümumi dəyəri 4 milyon Səudiyyə riyalına (1 milyon 66 milyon dollar) yüksəlib və ən yüksək mükafat 500 min dollar olacaq.
4164732