"İQNA", "Misri Əl-yəvm"-ə istinadən xəbər verir ki, Misirin Qurani-Kərim Qarilər və Hafizlər Birliyinin rəhbəri Şeyx Məhəmməd Saleh Həşad Qurani-Kərimin oxunması və onu pozanlarla rəftarın yeni qaydalarını formalaşdırmaq üçün bu birliyin yeni planını açıqlayıb.
O, bu sözləri misirli bir musiqiçinin udda ifa edərkən Qurani-Kərimdən ayələri oxuduğu son mübahisəli videoya cavab olaraq deyib. O, bunu tələbələrinə müxtəlif musiqi muğamlarını öyrətmək üçün etdiyini bildirib.
Bu hərəkətə təəccübləndiyini bildirən Həşad bəyanat yayaraq bu hərəkəti pisləyib.
O, Quran tilavəti üçün musiqi öyrənməyin zəruriliyi iddiasını da təkzib edərək vurğuladı: Qurani-Kərim Allah tərəfindən xüsusi tərtili ilə nazil olmuşdur.
Misir Qarilər İttifaqında Qurani-Kərimin qiraətinin tənzimlənməsi ilə bağlı yeni layihənin həyata keçirildiyinə işarə edərək, deyib: "Bu plana əsasən, ictimai və özəl dairələrdə ancaq Qarilər birliyinin üzvləri Quran oxuya bilər. O vurğulayıb ki, bundan sonra birliyə yalnız Qurani-Kərimi təcvidlə oxuyan qari və hafizlər qəbul ediləcək".
Həşad vurğuladı: "Bu planda qanunu pozanlar üçün cərimələr və saxlanılmaq da daxil olmaqla cəzalar nəzərdə tutulur".
4165675