Hər cür xəstəlik və hər cür maliyyə borcları ilə mübarizə bütün insanların həyatda qarşılaşdığı çətinliklərdən biridir. İnsanın qarşısına çıxan bu halların hər biri bəzən Allahın insanı sınamaq istəməsindəndir. Bəzən buna görədir ki, insanların keçmiş nemətlərə nankorluğu bu buna səbəb olur. Nemətin artmasında şükür etməyin təsiri olduğu kimi, küfr etməyin də nemətin əldən getməsində təsiri vardır.
Uca Allah Quranda bir ayə nazil etmişdir ki, onun vasitəsilə insan özünün zəifliyini dərk edir. Nəticə etibarı ilə daxili zəifliyi olan insan hər şeydən ehtiyacsız olan şəxsə qarşı küfr mövqeyində olmamalıdır; Allah buyurur: “ Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız” (Bəqərə, 28).
Nəhayət, Allah küfr içində yaşayıb küfr içində ölənləri Özünün, mələklərin və bütün insanların lənətinə düçar etmişdir: "Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!" (Bəqərə, 161).