"Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər40. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar" (Ali-İmran, 133-135).
Tələsməyin müstəhəbb olduğu ən mühüm şey insanların Allahın məğfirətinə nail olmaq və genişliyi göylər və yer qədər olan cənnətə çatmaq üçün tələsmələridir. Tələsməyə edilən təkidin sirri odur ki, insanın ömrü ilahi olaraq təyin olunub və bir nəfəslə başa çata bilər. Bununla da günahlarının bağışlanmasını və əvəzini diləmək, nicat və səadətə çatmaq imkanı əldən gedən bilər.
Bu ayədə belə bir cənnətlə təmin olunmuş təqvalı insanların bir neçə xüsusiyyəti vardır: Biri odur ki, onlar öz mallarından sıxıntıda və rahatlıqda, yoxsulluqda və var-dövlətdə yoxsullara verirlər. Bu ayələrdən demək olar ki, sədəqə vəzifəsi hər bir şəraitdə təqvalıların çiynindədir. Həmçinin iztirablar, sıxıntılar və məhrumiyyətlər bəhanəsi ilə ziyarət və ya təbəssüm etməklə belə olsa, mümkün qədər infaq etməkdən qafil olmaq olmaz.
Başqa bir şey də budur ki, təqvalılar (qəzəbləndikləri zaman) o qəzəbi udub onu aşkara çıxarmazlar. Əksinə, qəzəbə səbəb olan insanların səhvlərini unudurlar ki, qəzəb onların qəlbindən tamamilə çıxıb getsin. Ayənin sonunda qeyd olunub ki, Allah salehləri sevir. Bu, incədir, çünki təqvalılar qəzəbini ram etmək və insanların xətalarından keçməklə yanaşı, bəzən onlara qarşı mərhəmət göstərirlər. Bu, insanın yaxşılıq və kamilliyinin zirvəsidir. Həqiqətdə, bu xeyirxahlıq ona görədir ki, qəzəbli insan xəta edibsə, bu, mənəvi yaxud maddi yoxsulluqdandır. Belə bir fəqitrəı ehsan etmək yaxşı bəyənilmişdir.
Qəzəbi udmaq onu udub başqa yerə yoxsulun üstünə atmaq deyil, onu həzm edib buraxmaqdır.
Həmçinin hədislərdə qeyd olunur ki, bir xidmətçi övliyalardan biri ilə bir iş görərkən xəta etdi. O səhvini başa düşən kimi dərhal: “Vəl-Kaziminəl-ğəyz” dedi. O övliya buyurdu: "Öz qəzəbimi uddum". Xidmətçi sonra ayənin başqa bir hissəsini də oxudu: "Vəl-afinə əninnas". Övliya da dedi: "Mən sənin səhvini bağışladım" Həmçinin xidmətçi ayənin axırıncı hissəsini oxudu: "Allah ehsan edənləri sevir". O İmam ona yenidən ehsan və infaq etdi.
Bu və digər ayələrdə təqvalı insanların vəsfindən məlum olur ki, təqva çəkinmək və pərhiz etmək mənasında xülasələşmir. Həm edilməli olanları, həm də edilməməli olanları ehtiva edir.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4118384