IQNA

İmam Hüseyn (ə) məktəbində Quran əhdinə sadiqlik

9:01 - September 16, 2023
Xəbər sayı: 3494744
TEHRAN (IQNA) – Vəfadarlığın bariz nümunəsi olan Həzrət Abbasın (ə) və Həzrət İmam Hüseynin (ə) digər səhabələrinin yanaşması imamın şəxsiyyətinə sədaqət, adi əxlaqdan daha yüksək bir şey kimi, zülm qarşısında susmaqdan və passiv olmaqdan imtina etmək və məzlumun tərəfində olmaqdır.

Kərbəla hadisəsini müxtəlif aspektlərdən təhlil etmək olar. Bu o deməkdir ki, hər kəs həyat anlayışına, ictimai və insani münasibətlərə görə Aşura hadisəsinə aid ola bilər.

Kərbəla hadisəsində əslində iki növ sədaqətlə qarşılaşırıq: İmama sədaqət və Quran əhdinə sədaqət. Başqa sözlə, zalım və məzlum qarşıdurmasında sükut və tərəfsizlikdən uzaq olmaqdır.

Qurani-Kərim kəskin şikayət tonu ilə soruşur: “(Sizə nə olub ki, Allah yolunda və zalımların zülmünə məruz qalan zəif kişilərin, qadınların və uşaqların azadlığı yolunda ki, zalımlar hər bir çıxış yolunu onlara bağlayıblar, vuruşmursunuz? O zəiflər ki, daima deyirlər: “Pərvərdigara! Bizi camaatı zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayədar təyin et, bizə Öz tərəfindən bir köməkçi təyin et!” (Nisa, 75).

Vəfadarlığın bariz nümunəsi olan Həzrət Abbasın (ə) və Həzrət İmam Hüseynin (ə) digər səhabələrinin yanaşması imamın şəxsiyyətinə sədaqət, adi əxlaqdan daha yüksək bir şey kimi, zülm qarşısında susmaqdan və passiv olmaqdan imtina etmək və məzlumun tərəfində olmaqdır. Sədaqət, saleh insanla əlaqə saxlamaq, haqq və azadlığa üstünlük vermək bizim zəmanəmizdə unudulmuş iki fəzilətdir. Təəssüf ki, onlar azadlıq və rahatlıq axtarışı bəhanəsi ilə unudulub.

Abbas ibn Əlinin (ə) ləyaqəti Quran tərbiyəsində aşkar olmuş, Ələvi və Hüseyni şəxsiyyətində formalaşmış və onun şəxsiyyətini ucaltmışdır. Bu ləyaqət bütün insanları əhatə edən ləyaqətdən ayrıdır. Bu ləyaqət tərbiyə və ailə təlimi prosesində o dərəcədə təkamül və inkişaf edərək, qısa müddətdə sədaqət təzahürü ilə özünün yüksək insani zirvələrini nümayiş etdirmişdir.

Abbas ibn Əli (ə) haqqında qeyd olunan sifətlər cəmiyyətin bütün təbəqələri üçün başa düşülən və obyektiv, həyatda isə praktik xarakter daşıyır. Digər tərəfdən, insani fəzilətlərin belə xüsusiyyətlərinə malik olduğu üçün konkret bir dinə və məzhəbə aid edilmir. Belə şəxsiyyətlər vasitəsilə şiə başqa insanlar, dinlər və məzhəblərlə dostluq qura bilər. Odur ki, Abbasi ləyaqəti mənəvi sabitliyi qorumaq və qiymətli və nadir bir varlıq kimi özünə hakim olmaq deməkdir. İnsan, insanlığını qoruyub saxlaya bildikdə şərəflidir. Dini mədəniyyətdə bu ləyaqəti bilənlərin hamısı bilir ki, onun həyatının xüsusi izzəti və əzəməti olub.

Həzrət Abbas (ə) vəfadarlığı insan cəmiyyətinin nümunəsi ola bilər. Onun örnək olduğu ləyaqət, dinləyici müsəlman və şiə olmasa belə, müasir və gələcək insanlara təqdim edilə bilər. Çünki söhbət din və əqidə sərhəddini aşan, bütün bəşəriyyətin ona heyran və hörmətlə yanaşdığı yüksək insani normalardan gedir. Ona görə də bu dəyəri tanıyıb insan cəmiyyətinə tanıtmaq lazımdır.

* Bu, İran tarixinin İslam dövründə baş eksperti Hüseyn Ruhani Sədrin qeydindən bir parçadır.

4167074

captcha