Dəyərlərdən məqsəd insanın fərdi, sosial, siyasi və ilahi baxımdan ləyaqətli olmasıdır. Dəyərlərin müzakirəsində, iyirmi ildən artıqdır ki, hüquq və dəyərləri bir-birindən ayırmaqda bir yanlışlığa yol verilib. Bəziləri hesab edir ki, əgər kiminsə daha çox hüququ varsa, o, daha çox dəyərə malikdir.
Əgər Qurani-Kərimi və digər dini mətnləri nəzərdən keçirsək, orada görərik ki, insandan bəhs edilir, onun cinsiyyətindən söhbət getmir. Ona görə də insanın dəyəri onun cinsiyyətindən asılı deyildir. Qurani-Kərimdə bir hidayət kitabı olaraq bir çox xitablar cinsə aid deyil, konkret xitablar konkret əmrlərlə bağlıdır. Lakin tövhid, nübüvvət və məad müzakirələrində konkret müraciətlər yoxdur.
İslam nöqteyi-nəzərindən insan, kamilliyin ən yüksək mərtəbəsinə çata və Allahın yer üzündə canişini ola bilər. Həmçinin Allahın buyurduğu səviyyəyə yetişə bilər: “Mən bütün varlığı insanın ixtiyarına verdim”. Bunlarda cinsiyyətdən söz getmir.
İslamda insanın həqiqi mənfəətləri nəzərdə tutulur ki, bu da əksəriyyətə xoş gəlməyə bilər. Belə bir dində yaradılış məqsədyönlüdür və dünya məqsədyönlü plan üzərində qurulur. Yaradılışda mövcud olan fərqliliklər və varyasyonlar məqsədyönlü, istiqamətləndirici və müdrikcədir. Hədəf istiqamətində son məqsəd insan üçün nəzərdə tutulub.
İnsana ləyaqət və dəyər vermə meyarı iman, təqva və saleh əməllərdən ibarətdir. Qadınla kişi arasında heç bir fərq yoxdur. Yəni qadın və kişi iman və saleh əməlin ən yüksək mərtəbəsinə çata bilər.
İmam Zaman (ə) bir hədisdə Həzrət Zəhranı (s) özü üçün gözəl örnək hesab edir və buyurur: «اِنَّ لی فی ابنة رسولِ الله اُسوةٌ حَسَنَةٌ» “Həqiqətən, Allah Rəsulunun (s) qızında mənim üçün gözəl vardır”. Həmçinin Qurani-Kərimdə Allah-Təala Fironun zövcəsini bütün iman gətirənlər üçün örnək göstərir. Bu hədis və bu misal qadınların İslamdakı məqamını göstərir.
Lakin feministlərin meyarlarına görə başa düşəcəyik ki, feministlərin qadın xarakterinə münasibətinin əsaslarından biri maddi və dünyəvi insanı düşüncəyə layiq hesab edən humanizmdir. İnsanın mənəvi cəhəti ümumiyyətlə nəzərə alınmayıb. Nəticədə, ləzzət almaq əsas sayılır. Ona görə də sevgi və çılpaqlığa doğru irəliləyirlər.
Feministlərin ikinci əsası dünyəvilik əsasıdır. Bu da dinin siyasətdən və cəmiyyətdən ayrılması deməkdir. Həmçinin dini ailədən və cəmiyyətdən uzaqlaşdırır.
Habelə üçüncü əsas, liberalizmin əsas nəticəsi olan, mütləq dəyər və əxlaqi sabitliyə malik olmayan, öz mənfəət və istəkləri istiqamətində olan nisbilikdir.
Həmçinin feministlərin dördüncü əsası humanizmin və ya insan mərkəzliliyin təkamülü olan fərdiyyətçilikdir.
Feminizmdə bütün şəxsi, sosial, siyasi, mədəni və s. sahələrdə kişi və qadın hüquqlarının oxşarlığı və bərabərliyi mövcuddur. Lakin İslamda kişi və qadın arasında hüquq və vəzifələrin mütənasibliyi təsbit edilmişdir.
* Bu, Fərzanə Həkimzadənin sözlərindən bir parçadır.
4143241