"İQNA", "Əl-Bəyan"-a istinadən xəbər verir ki, qəddar insidentdə hindistanlı müsəlman tələbə müəllim tərəfindən vəhşicəsinə döyülüb. Video yayıldıqdan sonra səlahiyyətlilər hərəkətə keçib.
Hadisə ilə bağlı yayılan videoda görünür ki, məktəb direktoru iki şagirdən on yaşlı şagirdin əl və ayaqlarını tutmmalarını istəyir. Sonra isə onu döyür.
Məktəb direktoru çubuqla uşağın dabanına və kürəyinə vurub, daha sonra isə şagirdin boynundan tutub yerə yıxıb.
Video internetdə yayıldıqdan sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb və şagirdin anasının şikayətindən sonra direktoru həbs edib.
4171146