IQNA

Almaniyada Fələstinə dəstək aksiyası qadağan edilib

15:00 - October 13, 2023
Xəbər sayı: 3494859
BERLİN (İQNA) - Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan Fələstinlə həmrəylik mitinqinə ictimai təhlükəsizlik səbəbi ilə icazə verilməyib.

Berlin polisindən verilən açıqlamada, “Fələstinlə həmrəylik üçün Berlinin müxtəlif bölgələrində keçiriləcək mitinq və eyni mövzuda yürüş, eləcə də onları əvəz edən bütün tədbirlər, ictimai təhlükəsizliyə və asayişə təhlükə törətdikləri üçün qadağan ediliblər”.

Açıqlamada polisin məsələ ilə bağlı mitinq təşkilatçılarına məlumat verdiyi bildirilib.

“Fələstin danışır” və “Fələstin Fəaliyyət Komitəsi” kimi müxtəlif Fələstin tərəfdarı platformalar Berlində nümayişlər keçirmək üçün çağırışlar etmişdi.

captcha