IQNA

Ərdoğan HƏMAS lideri ilə görüşüb

14:44 - October 22, 2023
Xəbər sayı: 3494899
ANKARA (İQNA) - Prezident Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb. Görüş zamanı Qəzzada son vəziyyət və hazırkı proses müzakirə olunub.

Prezidentin Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, görüş zamanı Qəzzada son vəziyyət və mövcud proses müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə atəşkəsin ən qısa zamanda təmin edilməsi üçün çalışdığını bildirib.

1967-ci il sərhədlərində paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinə nail ola bilməyəcəyini vurğulayan prezident Ərdoğan, Türkiyənin daimi sülh üçün beynəlxalq mübarizəyə davam edəcəyini də bildirib.

captcha