Türkiyəni Avropada təmsil edən “Qalatasaray” UEFA Çempionlar Liqasının A qrupunun üçüncü həftə oyununda Almaniyanın “Bavariya” komandasına 3:1 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqasının A qrupunun üçüncü həftə oyununda “Qalatasaray” Almaniyanın “Bavariya” komandasını qəbul edib.
Qarşılaşmada Qəzza yaddan çıxmayıb. Azarkeşlər "Qüds qiblədir, Qüds meracdır" yazılı pankart açaraq İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.
Xatırladaq ki, ötən günlərdə Trendyol Superliqasının 9-cu həftəsində keçirilən Qalatasaray-Beşiktaş derbisində də İsrailin Qəzzada Fələstin xalqına qarşı hücumları pislənmişdi.
O qarşılaşmadan əvvəl hər iki komandanın futbolçuları Türkiyə Futbol Federasiyasının hazırladığı “Qəzzada edilən zülmü lənətləyirik” şüarı stadiona çıxmışdı.