IQNA

İsrail Qüds xəstəxanasını bombalamaqla hədələyib

22:54 - October 29, 2023
Xəbər sayı: 3494930
QƏZZƏ (İQNA) - Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist rejim qüvvələri Qəzzədə Qüds xəstəxanasını bombalamaqla hədələyib və dərhal oranın boşaldılmasını istəyib. Həmçinin səhər saatlarından xəstəxana ətrafının zərbələrə məruz qaldığını bildirib.

Qırmızı Aypara Cəmiyyətindən verilən yazılı açıqlamaya əsasən, İsrail qüvvələri Qəzzədə Qüds xəstəxanasını bombalayacaqları ilə hədələyib və dərhal oranı boşaltmamızı istəyib. Səhər saatlarından etibarən xəstəxananın ətrafı vurulub.

Xatırladaq ki, "HƏMAS"-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzzə zolağına hücuma başlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 310-u əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi Qəzzada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayının 3 min 195-i uşaq, 1863-ü qadın olmaqla 7 min 703-ə yüksəldiyini, 19 min 743 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində sionist rejim qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 111 fələstinlinin öldüyü, 1900-dən çox insanın isə yaralandığı bildirilib.

Əksəriyyəti İsrailin bombardmanları nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.

captcha