IQNA

Papanın müharibəni bitirməyə çağırışı

9:22 - November 06, 2023
Xəbər sayı: 3494962
VATIKAN (İQNA) - Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk "Fələstin və İsraildə davam edən ciddi vəziyyəti nəzərə aldığını" bəyan edərək, atəşkəsə çağırıb.

"İQNA", "Reuters"-ə istinadən xəbər verir ki, Vatikanda Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar namazını qılan Papa namazdan sonra İsrail-Fələstin münaqişəsinə də toxunub.

Papa çıxışında "Bir çox insanın həyatını itirdiyi bu ciddi vəziyyəti düşünürəm. Xahiş edirəm, dayanın. Rəbbin adı ilə atəşi dayandırın" dedi.

Humanitar vəziyyətin ciddiliyini vurğulayan Papa Fransisk deyib: “Ümid edirəm ki, qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaq üçün bütün vasitələrin üzərində çalışılacaq, ümid edirəm ki, yaralılara yardım göstəriləcək və yardımlar Qəzzadakı insanlara çatacaq. Humanitar vəziyyət çox ağırdır”.

Girovların azad edilməsi çağırışını təkrarlayan katoliklərin ruhani lideri, "Onların arasında çoxlu uşaqlar var, onlar öz ailələrinə qayıtmalıdırlar. Bəli, biz Ukraynadakı bütün uşaqlar və digər qarşıdurmalarda olduğu kimi bu müharibədəki bütün uşaqları da düşünürük. Bu yolla onların gələcəyi məhv edilir. “Biz dua edirik ki, “bəsdir” deməyə gücümüz çatsın”.

Əvvəllər humanitar dəhlizlərin yaradılmasını tələb edən dünya katoliklərinin lideri hesab edir ki, İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün iki dövlətli həll lazımdır.

Papa daha əvvəl oktyabrın 29-da bazar namazı zamanı İsrail-Fələstin münaqişəsi üçün atəşkəsə çağırmışdı.

4180128

 

captcha