IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 44

Allah yolunda öldürülənləri ölü saymayın

8:12 - November 08, 2023
Xəbər sayı: 3494968
TEHRAN (İQNA) – Allah yolunda canını fəda edən və şəhadət dərəcəsinə çatanlara nemətlər veriləcək. Əgər onlar haqq və ədalət yolunda şəhid olsalar, bu, ölüm deyil, yenidən həyat tapmaqdır.

"Ali İmran" surəsi 169-171-ci ayələrində buyurulur:

"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur".

“Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”.

"Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar".

 

Cəmiyyətin tərəqqisi və azadlığı kimi müqəddəs məqsədlər yolunda canını fəda edən mərd insanların həm Allah dərgahında, həm də insanlar arasında uca məqamları vardır.

Allah yolunda öldürülmək fiziki ölümlə məhdudlaşmır, Allah sevgisi dünyada yaşayarkən də təzahür edə bilər.

Haqqı, ədaləti, insanlığı, insan ləyaqətini, mənəviyyatını tərənnüm etmək üçün canını fəda edənlər artıq zahiri fədakarlıqdan əvvəl canlarını Allaha təslim etmişlər və bu fiziki ölüm yalnız fədakarlığın təsdiqidir.

Allah yolunda öldürülmənin əsası məşuqun gözəlliyinin pərdəsi olan nəfsi və batini şeytanı öldürməkdir. Fiziki ölüm, ruhun üzündəki pərdənin götürülməsindən başqa bir şey deyil.

Allah yolunda canını fəda edən insan ruh eşqi ilə dirilir. O, Allahın lütfündən ona bəxş etdiklərinə sevinir və razıdır. Şəhidlik haqq və ədalət yolundadırsa, bu, ölüm yox, həyat tapmaqdır.

Haqq yolunda olanların şəhadəti qəlblərindəki ölüm qorxusunu yox edər. Allaha ibadət edənlərin rəhbəri Aşura günü günorta vaxtı insanların və mələklərin qarşısında nümayiş etdirdiyi budur.

Ustad Hüseyn Muhyiddin Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4119833

captcha