Karib hövzəsi ölkəsi Beliz Qəzza zolağında davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.
Beliz hökumətinin internet saytında verilən açıqlamada, bu qərarın İsrailin atəşkəs çağırışlarını qəbul etməməsi və humanitar yardım materiallarının ölkəyə daxil olmasına mane olması səbəbindən verildiyi bildirilib.
Qəzzada davam edən humanitar dramlara diqqət çəkən açıqlamada, "Tələblərimizə baxmayaraq, İsrail beynəlxalq insan haqları pozuntularına son qoymadı, Qəzzalıların ağrılarını yüngülləşdirmək üçün yardım qruplarının girməsinə icazə vermədi. Bu səbəbdən silsilə tədbirlər həyata keçirmək qərarına gəldik".
Regional mətbuatda dərc olunan xəbərlərdə Belizin Tel-Əviv səfirinin geri çəkilməsini tələb edəcəyi, İsrailin də Belizdəki bütün diplomatik fəaliyyətlərinin dayandırılmasını tələb edəcəyi bildirilib.
İsrailin Qəzzada davam edən hücumları səbəbiylə Kolumbiya, Çili və Honduras da məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirlərini geri çağırıb.
Xatırladaq ki, Cənubi Amerika ölkəsi Boliviya İsraillə diplomatik əlaqələri kəsmək qərarına gəldiklərini açıqlamışdı.
AA