“TRT Xəbər”in verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Qəzzaya hücumların yenidən başlamasından sonra sosial media hesabından etdiyi paylaşımda sərt qış şərtlərinin qapıda olduğuna diqqət çəkərək tərəflərin uşaqları qorumaq üçün “hər şeyi” etməli olduğunu vurğulayıb.
Bu qarşıdurmada bir daha uşağın ölməməsinin lazım olduğunu vurğulayan Rassell, "Qəzza yenə də bu gün uşaq olmaq üçün ən təhlükəli yerdir" dedi.