"İQNA", "Tunis" xəbər agentliyinə istinadən bildirir ki, Fələstinin Turizm və Qədim Əsərlər Nazirliyi, YUNESKO-dan işğalçı rejimin Qəzzanı bombardmanları zamanı dağılmamış məscid, kilsə və digər tarixi abidələrin dağıdılmasının qarşısını almasını istəyib.
Nazirlik sionist rejim tərəfindən tarixi abidələrin və qədim yerlərin dağıdılmasını pisləyib və qeyd edib ki, bu cinayətlərin dayandırılması və onlarla mübarizə üçün YUNESKO-nun qlobal fəaliyyəti zəruridir.
Bundan əlavə, Fələstinin Turizm və Qədim Əsərlər Nazirliyi sionist rejimin havadan bombardmanlarının Qəzza zolağında bir çox tarixi abidələri tamamilə məhv etdiyinə diqqət çəkib.
Nazirlikdən verilən açıqlamada Porfir kilsəsi, Qəzza zolağındakı ən qədim kilsədir və eramızın 4-cü əsrinə aid edilir. Porfir kilsəsi də daxil olmaqla 3 kilsənin dağıdıldığı bildirilib.
Sionist rejimin Qəzza zolağında tarixi abidələr, ibadət yerləri, iqamətgahlar və xəstəxanalara qarşı kütləvi hücumları Amerika və Avropa güclərinin sükutu və dəstəyi ilə baş tutub. BMT bunu kütləvi məzarlıq kimi təsvir edib.
4186764