IQNA

Rohinca müsəlmanlarının İndoneziyada olması ilə bağlı narahatlıq

10:48 - January 04, 2024
Xəbər sayı: 3495242
İQNA – Rohinca qaçqınlarının İndoneziyada olması ictimaiyyətin mənfi reaksiyasına səbəb olub.

"İQNA", "Əl-Müsəvvir" saytına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən, noyabr ayından bəri 1500-dən çox Rohinca İndoneziyaya daxil olub.

İndoneziyada bu qədər qaçqının olması yerli əhalini narahat edir. Bununla əlaqədar indoneziyalı tələbələr Acehdə yüzlərlə rohincalının qaldığı yerə basqın edərək onların deportasiyasını tələb ediblər.

İllərdir rohincalılar Myanma zülmündən qaçaraq İndoneziya və ya Malayziyaya sığınırlar.

Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyanın 1951-ci ildə BMT-nin Qaçqınlar Konvensiyasını imzalamamasına baxmayaraq, qaçqınları qəbul etmə tarixi var.

İndoneziya Myanmanı Rohinca müsəlmanlarına qarşı zülmə son qoymağa çağırıb. Həmçinin ölkəyə gələn insan alverçilərinə qarşı sərt tədbirlər görəcəyini açıqlayıb.

  4191535

captcha