IQNA

Pakistanda minlərlə insan Fələstin uğrunda yürüş keçirib

7:19 - January 16, 2024
Xəbər sayı: 3495306
İQNA – İsrailin Qəzzaya hücumlarına etiraz edən minlərlə insan Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Pakistanın Kəraçi şəhərində yürüş təşkil edib.

Sionist İsrailin Qəzzada müharibəsinin 100-cü günündə bütün dünyada yüz minlərlə insan küçələrə çıxaraq işğalçı rejimə etiraz ediblər.

Camaati İslami Partiyasının təşkil etdiyi yürüş çərçivəsində minlərlə insan Kəraçinin Şəri-Feysəl rayonunda bir araya gəlib.

Fələstin bayraqları daşıyan nümayişçilər İsrail və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılar əllərində "Qəzzada soyqırımı dayandırın" yazılı plakatlar daşıyaraq Fələstin xalqı ilə həmrəy olduqlarını vurğulayıblar.

Yürüşdə Kəraçidəki xristian və hindu icmasının liderləri də iştirak edib.

Pakistandakı Fələstin tərəfdarları, İsrailin Qəzzaya hücumlarının Soyqırım Konvensiyasını pozduğu səbəbilə Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırdığı üçün Cənubi Afrikaya təşəkkür ediblər.

captcha