IQNA

BMT Qəzzada didərgin düşmüş 1,9 milyon insanın təxminən 1 milyonunun qadın olduğunu açıqlayıb

7:39 - January 21, 2024
Xəbər sayı: 3495333
İQNA – Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadın bölümünün dərc etdiyi hesabatda Qəzzada didərgin düşmüş 1,9 milyon insanın təxminən 1 milyonunun qadın olduğu bildirilir.

“TRT Xəbər”in verdiyi məlumata görə, “UN Women” Qəzzadakı qadın və qızların vəziyyəti ilə bağlı məlumatları ehtiva edən hesabat yayıb.

Hesabatda, təxminən 2,3 milyon əhalisi olan Qəzzada 1,9 milyon insanın didərgin düşdüyü bildirilir; bu insanların 1 milyona yaxınının qadın və qızlar olduğu bildirilib.

Hər saat iki ananın öldüyünə diqqət çəkən hesabatda, təxminən 10 min uşağın atasını itirdiyi təxmin edilən məlumatlara yer verildi.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Ajith Sunghay dünən BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib: "Qəzzada daha bir şokedici dönüş nöqtəsinə çatırıq. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 25 min adamın öldüyü bildirildi. Bunların yüzdə 70-i qadın və uşaqlardır" dedi.

captcha