IQNA

Quranda psixoloji sağlamlıq / 1

Şükr etməyin psixoloji sağlamlığa təsiri

18:59 - January 23, 2024
Xəbər sayı: 3495356
İQNA – Şükr etmək aramlığa nail olmaq və stress zamanı emosional və psixoloji çöküşün qarşısını almaq üçün qızıl açardır. Çünki o, insanın idrak, emosional və davranış sahələrində sağlamlığını bəyan edir.

Şükr etmək ruhuna sahib olmaq insanın ruhi sağlamlığının əlamətlərindəndir. Çünki şükür edən insan elm və bəsirət sahəsində inkişaf və sağlamlıq səviyyəsinə çatmışdır ki, neməti cəzadan fərqləndirə bilir. Hiss və duyğular sahəsində insanın qürur, xəsislik, nifrət və qısqanclıq kimi ruhi və emosional zərərlərə məruz qalmadığına işarə edir. Davranış sahəsində dil və hərəkətlə şükr etmək həm də duhu sağlamlıqdan xəbər verir.

Başqa sözlə, şükür edən insan həm fikir və düşüncə sahəsində, həm duyğular, hisslər və davranışlar sahəsində sağlamdır. Ona görə də insan nə qədər zərif və sağlam olarsa, onda bir o qədər də bu şükr etmək ruhu vardır. Uca Allah buyurur: “(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir!” (İbrahim, 7).

Bəzən Quran Allahı zikr etməklə yanaşı şükür etməyi də əmr edir. Bu birləşmə göstərir ki, Allahı və Onun nemətlərini xatırlamaq şükr etmək hissi yaradır. Həmçinin küfr etmək və Allahın nemətlərini zikr etməmək küfrə səbəb olur. Allah da insanları bundan çəkindirmişdir: “Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (Bəqərə, 152).

Allahın təqdirinə iman və inam da möminin qəlbinə aramlıq gətirir. Sevimli İslam Peyğəmbəri (s) bir rəvayətdə belə buyurmuşdur: “Kim Allahın onun üçün yazdığına iman gətirərsə, qəlbi rahatlıq versin; Kim əmin olsa ki, Allahın onun üçün təqdir etdiyi şey aradan getməyəcək, onun qəlbi rahat və aram olar”.

captcha