IQNA

Hindistanın Racistan əyalətində məktəblərdə hicab qadağası tələbi

7:55 - January 31, 2024
Xəbər sayı: 3495397
İQNA – Racistan əyalət kabinetinin baş naziri deyib ki, hicab təkcə dövlət məktəblərində deyil, həm də özəl və İslami məktəblərdə qadağan edilməlidir.

"İQNA", "Deccan Herald" saytına istinadən xəbər verir ki, yanvarın 30-da Dövlət Nazirlər Kabinetinin sədri Karuri Lal Mina bu tələbi dilə gətirib və məktəblərdə hicabda israrın yanlış olduğunu bildirib.

Caypurda müsəlman məktəbli qızların BJP millət vəkilinə etirazına toxunan ştatın Nazirlər Kabinetinin sədri bildirib ki, məktəblərdə vahid geyim koduna riayət edilməlidir, əks halda məktəblərdə nizam-intizam saxlanıla bilməz.

Hicab qadağasının bir çox ölkədə tətbiq olunduğunu deyən Karuri Lal Mina müsəlmanların fundamentalist rəftarı ilə cəmiyyətin geridə qalmasına səbəb olduğunu iddia edib.

O, həmçinin müsəlmanların təhsil səviyyəsinin aşağı olması və qabaqcıl təfəkkürə malik olmadıqları üçün cinayət törətmək ehtimalının daha çox olduğunu bildirib.

Ştatdakı liseydə təhsil alan bir qrup müsəlman qız tələbə polis idarəsi qarşısında nümayiş keçirərək Bharatiya Partiyasının üzvü Açarya Balmukanddan üzr istəməsini tələb ediblər.

Balmukand öz videosunda hər il keçirilən tədbir üçün məktəbə getdiyini və gənc müsəlman qızların məktəbli forması yerinə hicablı olduğunu gördüyü üçün məktəb direktorundan məktəbdə biri müsəlmanlar, digəri hindular üçün iki növ geyim olub-olmadığını soruşduğunu bildirib.

4196844

captcha