IQNA

Əl-Əzhər Rəfahda humanitar fəlakət barədə xəbərdarlıq edib

7:13 - February 17, 2024
Xəbər sayı: 3495473
İQNA – Misir Əl-Əzhər İslam Mərkəzi sionist rejimin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlarını pisləyib və bölgədə humanitar fəlakətlə bağlı xəbərdarlıq edib.

"İQNA", "Əl-Yəvmus-Sabi" saytına istinadən xəbər verir ki, Əl-Əzhər İslam Mərkəzi verdiyi açıqlamada, İsrail rejiminin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfah şəhərinə hücum planının görünməmiş humanitar fəlakətə səbəb olacağını bildirib.

Bəyanatda həmçinin beynəlxalq səviyyədə nüfuzlu qüvvələrin sionist rejimin cinayətlərini pisləmək çağırışlarının bütün dünyaya yayıldığı bir mühitdə müsəlman və ərəb xalqlarının Rəfaha hücuma qarşı birlik olmalarının vacibliyi vurğulanıb.

Həmçinin Fələstinə təcili yardımın göstərilməməsinin işğalçıların bombardman və qırğınlarından xilas olmaq üçün Rəfaha sığınan minlərlə qadın və uşağın həyatını itirməsinə səbəb ola biləcəyi bildirilib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bu yaxınlarda Rəfaha qarşı quru əməliyyatının yaxın 2 həftə ərzində başlayacağını açıqlamışdı. İşğalçı rejim Qəzza müharibəsində məqsədlərinin heç birinə nail ola bilməsə də, Netanyahu ordunu Ramazan ayı başlamazdan əvvəl Rəfahda HƏMAS müqavimət hərəkatının batalyonlarını məhv etməyə çağırıb.

Həmçinin işğalçı rejimin 12-ci telekanalı Netanyahu ilə Baş Qərargah rəisi arasında Rəfahın işğalı ilə bağlı fikir ayrılığını ortaya çıxarıb.

Sionist mediası həmçinin bildirib ki, ABŞ İsraildən xüsusilə Ramazan ayı ərzində Rəfah əleyhinə hərbi əməliyyatlardan çəkinməsini istəyib.

Həmas, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Qətər, eləcə də bir çox Avropa ölkələri sionist rejimin Rəfaha hücumunun nəticələri barədə xəbərdarlıq ediblər.

4199717

captcha