IQNA

Quran Mərakeş əlyazması Qətər Milli Kitabxanasında nümayiş etdirilir

10:04 - March 03, 2024
Xəbər sayı: 3495554
İQNA - Qətər Milli Kitabxanasının irs bölməsində Qurani-Kərimin nadir Mərakeş əlyazması nüsxəsini təbii təsirlərdən qorumaq üçün şüşə vitrində nümayiş etdirilir.

"İQNA", "Reuters"-ə istinadən xəbər verir ki, Qərbi Asiya regionunun aparıcı kitabxanalarından biri olan Qətər Milli Kitabxanasında Mərakeşin bir sıra əlyazmaları, fotoşəkilləri və əlyazma tarixi kitabları, o cümlədən nadir Quran əlyazması şüşə qabda nümayiş etdirilir.

Bu nadir müshəfin tarixi 1250-ci ildən başlayır. Bu, İslam Məqribində ənənəvi surət çıxarmağın gözəl nümunəsidir və nadir bəzəmə və xəttatlıq əsəridir.

Quranın bu nüsxəsi sufi alimlərindən Şeyx Əbdülsəlam ibn Məşisin (hicri 559 - 626 / Qriqorian 1228-1163) kitabxanasına aiddir. Bu, Mərakeşin nadir əlyazmalarından biridir və tarixi bəzəmə sənətinin yaxşı nümunəsi hesab olunur.

“Təzhibin” hərfi mənası “qızılla bəzəmək” deməkdir. Bu sənət, sevginin, səbrin, zövqün və zərifliyin yaratdığı əsərlər toplusudur. Kitab və lövhə kimi əlyazmaların 18 və 22 karatlıq çınqıl qızılla və müxtəlif rənglərlə bəzədilməsidir.

Bu sənətlə səhifənin kənarı və ətrafı, budaqları, yarpaqları və s. gözəl bəzədilmişdir. Bu sənətlə məşğul olanlara muzhib deyilir. Onlar adətən mürəkkəb və ya kiçik həndəsi motivlər olan zolaqlardan istifadə etməklə iki surə arasındakı boşluğu bəzəyirdilər.

Zaman keçdikcə bəzək zolaqları mürəkkəbləşdi və surənin başlığı zolağın ortasına qızılı rənglə yazılmış, bəzən isə bitki motivlərinin içərisində surə başlığı da görünməkdədir.

Mərakeşdə hazırlanan, xəttatlıq ilə yazılmış və təzhib ilə bəzədilmiş Quran nüsxəsinin 19-cu əsrin birinci yarısında yazıldığı təxmin edilir. Qətər Milli Kitabxanasında bu müshəfdən əlavə, miladi 1213-cü ilə aid Peyğəmbərimizin (s) mömin qadınlarının həyatlarını əks etdirən kitabın nadir nüsxəsi də sərgilənir.

Kitabxananın digər bölməsində isə ensiklopediya, lüğət və fəlsəfi kitablardan ibarət nadir əsərlər var.

4203007

Teqlər: müshəf ، əlyazma ، qətər ، sərgi
captcha