IQNA

Yəməndə tapılan 5 əsrlik müshəf

5:58 - March 16, 2024
Xəbər sayı: 3495635
İQNA – Yəmənli tarixçi Yəmənin Taiz əyalətində təxminən beş əsr əvvələ aid tarixi əlyazma Quran nüsxəsinin tapıldığını açıqlayıb.

"İQNA", "Əl-Bəvabə"-yə istinadən xəbər verir ki, yəmənli tarixçi və jurnalist Bilal Ət-Tayyib Yəmənin Taiz əyalətində 16-cı əsrin əvvəllərinə aid olduğu güman edilən Quran müshəfi tapdığını açıqlayıb.

Sözügedən Quran müsgəfinin Taizin Əl-Maain kəndindəki Tayyib adlı məscidin kitabxanasında tapıldığını qeyd edən yəmənli tarixçi müshəfin yanğından xilas edildiyini deyir.

Əl tayyib yanğın zamanı Quranın bir hissəsinin xarab olduğunu, ancaq yarısının möcüzəvi şəkildə toxunulmaz qaldığını bildirib.

Dəqiq tarixi müəyyən etmək üçün arxeoloji işlərin görülməsi lazım olduğunu vurğulayan Əl Tayyib, tapdıqları müshəfin osmanlıların Yəməndə ilk mövcudluğu zamanı, məscidin inşası zamanı yazıldığını düşündüklərini bildirdi.

  Qədim sənədə görə, məscid hicri 956-cı il / miladi 1549-cu ilin Məhərrəm ayında tikilmişdir.

4205475

captcha