IQNA

Dubay Beynəlxalq Quran müsabiqəsi böyük rəğbətlə qarşılandı

12:17 - March 18, 2024
Xəbər sayı: 3495652
İQNA – 27-ci Dubay Beynəlxalq Qurani-Kərim Mükafatı müsabiqəsinin üçüncü günündə qeyri-ərəb yarışmaçılarının çıxışı iştirakçılar tərəfindən bəyənilib.

"İQNA", "Əl-Xəlic" saytına istinadən xəbər verir ki, yarışmanın üçüncü günündə 7 iştirakçı ana dili ərəbcə olmasa da, Qurani-Kərim oxuyaraq istedadlarını nümayiş etdiriblər.

Dubay Quran müsabiqəsinin üçüncü günündə Komor Respublikasından Suveyd ibn Əbdül Fəttah, Fransadan Məhəmməd Bu Hasun, Fil Dişi Sahilindən Hüseyn Turi, Qətərdən Hənd Abdullah Təys Əl-Cəmili, İsveçdən Şüeyb Muhamməd Şəfii, Şri-Lankadan Muhamməd Muhamməd, Albaniyalı Rezan və Ömər Berzuşi Həfs və Əsəm rəvayətində Quran oxudular.

Komordakı İmam Şafii Kollecinin Təfsir və Quran Elmləri üzrə ustadı Nəsif İbrahim Abdullah Əl-Əzhari müsabiqə iştirakçılarının səviyyəsini, səviyyələrinin yaxınlığını, əzbərləmək və güclü qiraət bacarıqlarını yüksək qiymətləndirib.

Komor adalarının nümayəndəsi Suveyd ibn Əbdül Fəttah səkkiz yaşında 27-ci Dubay Beynəlxalq Qurani-Kərim müsabiqəsinin ən gənc iştirakçısıdır və anasının köməyi ilə Qurani-Kərimi əzbərləməyi bacarıb.

4205835

captcha