IQNA

Afinada amerikalı tələbələrə qarşı təzyiqə etiraz aksiyası keçirilib

6:18 - April 29, 2024
Xəbər sayı: 3495850
İQNA - Afina universitetləri və orta təhsillə bağlı tələbə gənclər təşkilatları İsrail rejiminin Fələstin xalqına qarşı qətliamına qarşı nümayiş keçirən ABŞ tələbələri ilə həmrəylik aksiyası təşkil edib.

Afina universitetləri və orta təhsillə bağlı tələbə gənclər təşkilatları “ABŞ-da tələbələrlə həmrəylik!” şüarı ilə Yunanıstan ABŞ səfirliyinə kütləvi yürüş keçirib. “Tarixin doğru tərəfi var, Fələstinə azadlıq” şüarı ilə keçirilən yürüş ABŞ konsulluğunun yaxınlığındakı Azadlıq meydanından başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afinada universitet və orta məktəb tələbələri İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi qırğınlara qarşı nümayiş keçirən amerikalı tələbələrlə həmrəy olduqlarını ifadə edən açıqlamalar verib, işçiləri Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırıblar.

Nümayiş zamanı edilən çıxışlarda və paylanan vərəqələrdə amerikalı tələbələrə edilən zülm və həbslərə etiraz edilərək, qırğınların davam etdirilməsi üçün İsrailə milyardlarla dollar yardım edildiyi vurğulanıb. Bəyannamə və açıqlamalarda AB və Yunanıstan hökumətinin ortaq olduğu, Fələstin xalqına qarşı törədilən qırğınların “özünümüdafiə haqqı” kimi göstərilməsinin İsrailin cinayətlərini ört-basdır etmək məqsədi daşıdığı da vurğulanıb.

captcha