IQNA

Qəzza soyqırımında şəhid olanların sayı 34 min 488-ə yüksəlib

7:15 - April 30, 2024
Xəbər sayı: 3495859
İQNA - Qəzzada işğal hücumunun başladığı gündən bu yana şəhidlərin sayı 34 min 488, yaralıların sayı isə 77 min 643-ə yüksəlib.

Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, işğalçı rejim son 24 saatda həyata keçirdiyi 3 hücumda 34 nəfəri şəhid edib, 68 nəfəri yaralayıb.

Belə ki, Nazirlik 7 oktyabrdan bu yana Qəzzada şəhidlərin sayının 34 min 488, yaralıların sayının isə 77 min 643-ə yüksəldiyini qeyd edib.

Açıqlamada bir çox qurbanın hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onlara çıxarmasına mane olduğu bildirilib.

captcha