IQNA

Hindistan müsəlmanları radikal hindulardan narahatdırlar

7:13 - May 01, 2024
Xəbər sayı: 3495868
İQNA – Hindistan şəhərlərindən birində ekstremist radikal hindular tərəfindən bir neçə müsəlmanın öldürülməsindən sonra şəhərdəki müsəlman azlıq zorakılığın davam etməsindən narahatdır.

"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Lakreva qəzeti müsəlmanların vəziyyəti ilə bağlı bildirib: “Hindistanın şimalındakı Valdvani şəhərinin müsəlmanları hələ də şokdadırlar və hindu çoxluğu ilə dinc yanaşı yaşamağa qayıtmağa ümid edirlər. Bu vəziyyət üç ay əvvəl məscidin sökülməsindən sonra başlayan iğtişaşların yatırılması zamanı bölgədə 6 müsəlmanın öldürülməsi ilə ortaya çıxdı”.

Qəzet xəbərində şəhərdə baş verən hadisələr nəticəsində bölgədəki müsəlmanların evlərinə və mülklərinə ciddi ziyan dəydiyi qeyd edilib.

Bölgədəki müsəlmanların keçmişdə hindularla heç bir probleminin olmadığı, hətta dini bayramları da bir-birləri ilə qeyd etdikləri bildirilir.

Zorakılıq Hindistanın şimalındakı Uttarakhand əyalətinin 1 milyon əhalisi olan Xalduni şəhərində, səlahiyyətlilərin qeyri-qanuni tikildiyini bildirən Banbulpura şəhərində buldozerlərin məscid və Quran məktəbini dağıtması zamanı baş verib.

Müsəlmanlardan ibarət böyük bir izdiham polisin müşayiəti ilə məscidi sökən maşınlara daş atıb. Polis bölməsi yandırılıb, 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Müsəlmanların Xaldunidən qovulması siyasəti BJP-nin üzvü olan Uttarakhand əyalətinin icra başçısının başçılıq etdiyi yerli hakimiyyət orqanları tərəfindən güclü şəkildə dəstəklənməkdə davam edir.

Bu partiya Hindistanda mütəşəkkil aksiyalara əl atmadan ziyarətgahları və İslam mərkəzlərini dağıdır.

4212861

captcha