IQNA

Portuqaliyanın paytaxtında yeni məscid tikiləcək

7:18 - May 01, 2024
Xəbər sayı: 3495869
İQNA – Banqladeş əsilli Lissabon icmasının lideri şəhər şurasının iclasında bu şəhərin müsəlmanları üçün yeni məscid tikilməsinin vacibliyini vurğulayıb.

"İQNA", "The Portugal News" saytına istinadən xəbər verir ki, Lissabon Şəhər Şurası rəsmiləri Moraria bölgəsində 2015-ci ildə təsdiqlənən məscid tikintisi layihəsi ilə bağlı iclas keçirib.

İclasda Lissabondakı Banqladeş icmasının lideri Rana Taslimuddin bildirib ki, bölgədəki mövcud mərkəzlərin müsəlmanların artan tələbatını ödəmir.

Üç saat davam edən görüşdə Taslimuddin Bələdiyyə nümayəndələrinin məscid tikintisi prosesi ilə bağlı suallarını cavablandırıb və insanların gündəlik ibadətlərini yerinə yetirə biləcəkləri məscidə ehtiyacı olduğunu bildirib.

İclasda yeni məscidin tikintisinə etiraz edən bələdiyyə nümayəndələri Morariyada yeni məscidin tikiləcəyi yerin ətrafdakı binaların özəlləşdirilməsinə səbəb ola biləcəyini bildiriblər.

Lakin bu məscidin tikilməsində əməyi olanlar bütün bunların nəzərə alındığını və yeni məscidin tikintisi ilə bağlı qaydalara zidd heç bir iş görülməyəcəyini bildiriblər.

Lissabon İslam İcmasının prezidenti Mahmud İqbal və Moraria Yerli Şurasının sədri Migel Koelyo da bu bölgədə yeni məscid tikintisi ilə bağlı açıqlamalar verib.

Morariyada ilk məscidin tikintisi layihəsi ilk dəfə 2015-ci ilin oktyabrında Lissabon Şəhər Şurası tərəfindən təklif edilmiş və 3 milyon avro dəyərində olan bu layihənin tamamlanmasına qərar verilmişdir. Onun həyata keçirilməsinə mane olan amillərin aradan qaldırılması ilə əlaqədar Lissabon Şəhər Şurası məscidin tikinti prosesinə yenidən başlamaq qərarına gəlib.

Hazırda Portuqaliyada yerləşən Böyük Məscid və İslam Mədəniyyət Mərkəzi (Mesquita Central de Lisboa) həmin ölkənin ən böyük məscidi və Avropanın üçüncü ən gözəl məscididir.

4212757

captcha