IQNA

“Fələstin, Soyqırım və Müqavimət” kitabının təqdimatı olub

10:53 - May 06, 2024
Xəbər sayı: 3495895
İQNA - Kolumbiya prezidenti Qustavo Petronun müşaviri Viktor de Korreanın yazdığı kitab Boqota Beynəlxalq Kitab Sərgisində təqdim edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Viktor de Korrea Beynəlxalq Fəhlə Günündə Boqota Beynəlxalq Kitab Sərgisində Kolumbiya prezidentinin İsraillə əlaqələri kəsdiyini elan etməsi ilə eyni vaxtda “Fələstin, Soyqırım və Müqavimət” kitabını təqdim edib.

Fələstinin Kolumbiyadakı səfirinin iştirakı ilə keçirilən bu kitabın açılış mərasimində o, sionistlərin fələstinlilərə qarşı törətdikləri soyqırıma toxunaraq bildirib: "Sionistlər öz güclü mediaları sayəsində bütün dünyaya belə təlqin ediblər ki, ərəblər, müsəlmanlar və fələstinlilər terrorçu idi".

Viktor de Korrea Fələstin məsələsi üzərində işləyən həkim və tədqiqatçıdır. Bu, onun Fələstin məsələsi ilə bağlı üçüncü kitabıdır.

Qeyd edək ki, aprelin 17-dən başlayaraq artıq iki həftədir ki, Boqota Beynəlxalq Kitab Sərgisinin 35-ci buraxılışı keçirilir.

Sərgidə İran stendində uşaq və gənclər üçün ispan kitabları, İslam və Quran hekayələri təqdim olunub.

Bu stend həm də Nəstəliq xəttində ziyarətçilərə müxtəlif mədəni fəaliyyətlər təklif edir.

Latın Amerikası regionunun ikincisi və bu ölkənin ən qədim və ən mühüm mədəni hadisəsi olan Boqota Kitab Sərgisi 35 ildir davamlı olaraq keçirilir.

Bu il yerli nəşriyyatlarla yanaşı, İran İslam Respublikası, Türkiyə, Fransa, İspaniya, Fələstin, Ekvador, Braziliya və Argentinadan olan naşirlər də iştirak ediblər.

4213592

captcha