IQNA

Sionist İsrail Qəzzada BMT-nin binasını bombalayıb

10:43 - May 07, 2024
Xəbər sayı: 3495902
İQNA – Sionist rejim ordusunun Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “Həmas tərəfindən hərbi komandanlıq mərkəzi kimi istifadə etdiyi” iddiası ilə Qəzzada yerləşən binasını bombaladığı bildirilib.

Sionist mediada yer alan xəbərlərdə İsrailin Qəzza zolağında UNRWA binasını vurması və bu binanın “HƏMAS-ın hərbi komandanlıq mərkəzi” kimi istifadə olunduğu iddia edilib.

İsrail döyüş təyyarələrinin Qəzzada köçkün ailələrin sığındığı iki məktəb yaxınlığında həyata keçirdiyi hücumlarda çoxlu insan həyatını itirib.

İsrail bundan əvvəl də Qəzzadakı UNRWA mərkəzlərini hədəfə almışdı.

captcha