"İQNA", "Misirin Telceraf" saytına istinadən xəbər verir ki, İtaliya parlamenti ölkədə məscidlərin fəaliyyəti üçün lazımi icazələr alınmadığı təqdirdə onların fəaliyyətinin dayandırılmasına icazə verən qanun layihəsini təsdiqləyib.
Qanunun icazəsiz qurulan və ilk növbədə ibadət üçün nəzərdə tutulmayan mağazalar, anbarlar və qarajlar kimi bir çox ibadət yerlərinin bağlanmasına səbəb olacağı gözlənilir.
İtaliya parlamentinin qərarı bu ölkədə yaşayan bir çox italiyalı müsəlman və misirlinin mindən çox tikinti icazəsi olmayan məscidin bağlanması ilə bağlı narahatlığını artırıb.
İtaliya Misir Birliyinin rəhbəri İbrahim Yunis deyib: “Bu qanun layihəsində göstərilir ki, ibadət üçün məscid tikmək istəyən hər kəs onun tikintisi üçün dövlət icazəsinə malik olmalıdır və bu məscid göstərilən spesifikasiyalara uyğun olmalıdır”.
O, vurğulayıb ki, bu qanun layihəsinin məqsədi məscidlərin yaradılmasının qarşısını almaq deyil, onun məqsədi məscidlərin tikintisini qanuniləşdirmək, təhlükəsizliyin və birgə yaşayışın və İtaliyada müsəlmanların lazımi şəkildə iştirakının təmin edilməsidir.
İtaliyada yaşayan misirlilər birliyinin rəhbəri əlavə edib: "Məscid tikmək istəyən hər kəs məscidin layihəsini İtaliya hökumətinə təqdim etməlidir və bu məscid müstəqil yerə malik olmalıdır".
Yunis İtaliyada şərtləri təsdiqlənən və dəqiqləşdirilən məscidlərin sayını da açıqlayıb: "Roma Böyük Məscidi, Seqrit məscidi, Breşiya məscidi və Kataniya məscidi də daxil olmaqla cəmi 6 tanınmış məscid var".
4215169