Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell X hesabında İsrailin qurudan hücuma keçdiyi Qəzzanın Rəfah bölgəsi ilə bağlı paylaşım edib.
İsrailin beynəlxalq hüquqa görə mülki şəxslərin təhlükəsizliyini təmin etmək məcburiyyətində olduğunu bildirən Borrell, "Mülki şəxslərin Rəfahın təhlükəli bölgələrinə getməyə məcbur edilməsi qəbuledilməzdir" dedi.
İsrailə "Rəfəha qurudan hücum etməmək" çağırışını təkrarlayan Borrell deyib: "Bu, onsuz da ağır olan humanitar böhranı daha da pisləşdirəcək".
İsrail ordusu mayın 7-də səhər saatlarında Rəfah bölgəsinə qurudan hücuma keçərək Qəzzanın Rəfah Sərhəd Qapısının Misirə açılan Fələstin tərəfini ələ keçirdiyini açıqlayıb.