"İQNA", "Əl-Vəsət" saytına istinadən xəbər verir ki, Liviya Beynəlxalq Quran müsabiqəsinin tədbirləri şənbə günü Benqazidə 96 müsabiqə iştirakçısının qeydiyyatı ilə başlayıb.
Açılış mərasimi Liviyanın baş naziri, dini işlər naziri, hərbi və mülki rəsmilərin iştirakı ilə keçirilib.
Liviya Beynəlxalq Quran Hifzi və qiraəti müsabiqəsinin 12-cisi Vəqflər Ümumi Müdirliyi tərəfindən 60 ölkədən yarışmaçıların iştirakı ilə keçirilir.
Müsabiqə üç kateqoriya üzrə keçirilir: Quraınn bütövlükdə hifzi, təfsirlə Quran hifzi və qiraət.
Yarışlar arasında daha iki yarış keçirilir: Qurani-Kərim elmi və tədqiqat yarışlarının ikincisi və Qurani Kərimin elmi təhsil sistemlərinin birincisi.
4215250