IQNA

Seyid Həsən Nəsrullah: "Şəhid Rəisi və Əmir Abdullahian müqavimətin ən əhəmiyyətli dəstəkçisi idi"

7:23 - May 25, 2024
Xəbər sayı: 3496012
İQNA – Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah helikopter qəzasında şəhid olan prezident Rəisi və onu müşayiət edən heyət üçün təşkil edilən anım mərasimində iştirak edib və burada çıxış edib.

"İQNA", "Əl-Məyadin"-ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah helikopter qəzasında şəhid olan prezident Rəsi və onu müşayiət edən heyət üçün təşkil edilən anım mərasimində iştirak edib və burada çıxış edib.

Nəsrullah, “Müqavimətin uğuruna sevindiyimiz halda, helikopterin qəzaya uğraması bizi çox kədərləndirdi” dedi.

Qəza nəticəsində həyatını itirənlərə başsağlığı verən Nəsrullah, "İnqilabın qələbəsindən bu yana İran dövləti müxtəlif problemlərlə üzləşdi, lakin bütün bu problemlərin öhdəsindən gələ bildi" dedi.

Nəsrullah sözlərini belə davam etdirdi: "Şəhid rəis müqavimətə tam inanan, dindar, təvazökar və eyni zamanda düşmənlərlə mübarizədə cəsur siyasətçi idi".

Şəhid Rəisi hökuməti ehtiyacı olan ailələrə pulsuz su və işıq vermək qərarına gəldi və İran iqtisadiyyatı 6 faiz artdı” deyən Nəsrullah əlavə etdi: “Şəhid Rəisi dövründə Şərq və Qərblə müəyyən dərəcədə əlaqələr qurulmuşdu".

Nəsrullah "Şəhid Əmir Abdullahian Livana, Fələstinə və müqavimət oxuna hər zaman dəstək olub. Biz Şəhid Rəisi və Əmir Abdullahiandan yaxşılıq, yardım, dəstəkdən başqa bir şey almadıq və buna görə onlara çox minnətdarıq" deyə bildirdi.

İsrailin Qəzzada məqsədlərinə çata bilmədiyini bildirən Nəsrullah, "Sionist rejim liderlərinin yaşadığı ən mühüm problemlərdən biri də bəzi Avropa ölkələri tərəfindən Fələstinin tanınmasıdır. Onlar bunu öz varlıqları üçün təhlükə olaraq görürlər" dedi.

4218096

captcha