IQNA

Ərdoğan: "Netanyahu lənətlə xatırlanmaqdan qaça bilməyəcək"

9:51 - May 28, 2024
Xəbər sayı: 3496033
İQNA - Türkiyə prezidenti Ərdoğan, "Netanyahu və onun qətl şəbəkəsi tarixdəki Hitler, Miloşeviç və onun təqlid etdiyi digər fironlar kimi lənətlə xatırlanmaqdan yaxasını qurtara bilməyəcək" dedi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adnan Menderes Konqres Mərkəzində Azadlıq və Demokratiya Adasında keçirilən Türk Əsri Konstitusiyası Vətəndaş Konstitusiyası Güclü Türkiyə Simpoziumunda çıxış edib.

Prezident Ərdoğan İsrailin Rəfahda fələstinlilərin qaldığı çadırları bombalaması ilə bağlı bunları deyib:

"Bu günə qədər 36 mindən çox fələstinli qardaşımızı şəhid edən soyqırım qatilləri dünən təhlükəsiz bölgə elan etdikləri Rəfahdakı qaçqın düşərgəsində dinc əhalinin üzərinə raket və bomba yağdırdılar. Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırmaq çağırışından sonra baş verən bu qətliam terror dövlətinin qanlı və xain üzünü bir daha ortaya qoydu.

Netanyahu və onun qətl şəbəkəsi Fələstin xalqının qəhrəmancasına müqavimətini qıra bilmədikcə, öz ölkələrində ilişib qalıb və daha çox qan tökərək siyasi ömürlərini uzatmağa çalışırlar. Ancaq tezliklə bunun heç bir xeyri olmadığını görəcək. Onlar tarixdə Hitler, Miloşeviç və onun təqlid etdiyi digər fironlar kimi lənətlə xatırlanmaqdan yaxasını qurtara bilməyəcək".

captcha