Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, sionist rejim ordusunun Rəfah şəhərində məcburi köçkün fələstinlilərin düşərgələrinə həyata keçirdiyi hücumlara reaksiyalar davam edir.
Dünya üzrə 30 milyondan çox Instagram istifadəçisi süni intellektin istehsal etdiyi “Hər şeyin gözü Rəfahda” mətni ilə görüntünü paylaşaraq reaksiyalarını göstərib.
İnstaqram Qəzzadakı qətliamı ifşa edən məzmuna senzura tətbiq etməkdə günahlandırılsa da, platformanın sözçüsü bəzi zorakılıq barədə olan məzmunların silindiyini etiraf edib.