Mərakeşli həkimin hazırladığı "Əl-Fəth" oyunu Peyğəmbərin (s) həyatından ilhamlanıb, əyləncə və təhsilin birləşməsidir.
Məqsəd ailə bağlarını qorumaq, uşaqların smartfon telefonlardan asılılığı ilə mübarizə aparmaq və İslam tarixini öyrənməkdir.
Mərakeşli kardioloq bu yerli oyunun xarici məhsullar əvəzinə uşaqlara və ailələrə alternativ təklif etmək üçün hazırlandığını bildirərək, xüsusiyyətini İslam mədəniyyətindən aldığını bildirib.
Oyunda hədislər və Peyğəmbərimizin (s) həyatı ilə bağlı suallar, həmçinin Qurani-Kərim surələrinin adları və ayələri var.
Bu oyun sayəsində uşaqlar Peyğəmbərimizin (s) həyatı və müxtəlif kampaniyaları haqqında məlumat alır, həmçinin Qurandan kiçik surələri əzbərləyirlər.
4218836