IQNA

İtaliyada başqa bir bələdiyyə binasında da Fələstin bayrağı asılıb

5:56 - June 03, 2024
Xəbər sayı: 3496068
İQNA - İtaliyanın şimal-qərbində yerləşən Turin şəhərində bələdiyyə məclisinin üzvü Abdullahi Əhməd Fələstinə dəstək olaraq şəhər binasının qarşısında Fələstin bayrağını asıb.

Əhməd, AA müxbirinə verdiyi açıqlamada, Fələstinə dəstəyini və həmrəyliyini nümayiş etdirmək və "Bütün gözlər Rəfahda" kampaniyasına qatılmaq üçün son vaxtlar oxşar praktikanı həyata keçirən Bolonya Bələdiyyəsi kimi Fələstin bayrağını bələdiyyə binasına asdığını bildirib.

Oxşar vəziyyət daha əvvəl Turindən başqa şəhərdə, Bolonya şəhərində də yaşanmışdı. Bolonya Bələdiyyə Başçısı Matteo Lepore DAccursio Sarayının, meriya binasının qarşısında Qəzzada atəşkəs tələb edən pankartın yanında Fələstin bayrağı asıb.

captcha