IQNA

Qəzzada şəhidlərin sayı 37 min 164-ə yüksəlib

4:15 - June 12, 2024
Xəbər sayı: 3496131
İQNA - Sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzzə zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 40 nəfər artaraq 37 min 164 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 249 gün ərzində Qəzza zolağına hücumları barədə məlumat verilib.
Sionist rejim ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “hücum” həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin şəhid olduğu, 120 fələstinlinin isə yaralandığı bildirilib.
İşğalçı rejimin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 37 min 164-ə, yaralıların sayının isə 84 min 832-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

captcha